اونودوروق بيز نه لري - unuduruq biz nələri
هردن اولور بير كيتاب،
آليب قويورام ائوه.
بير ايل،
ايكي ايل اؤتور
كيتاب، كيتاب ايچينده،
اونودولور هر نه سه -
اوخونولمور.
گؤزه گيرير گزيش
قيزلار،
ورديش،
هر ايش…
كيتاب آياق توتور قاچير
گؤزه دَيمير.
ائله كي اليم هر يئردن اوزولور،
دوستلارين دا لاغي بهانه اولور.
كيتابا اوز توتورام،-
اوخويورام.
تعريفه گلمهين هر بير سطيرين
اوخودوقجا اوتانيرام.
دئييرم زاماني ائتميشم هدر،
كيتاب نئجه دؤزوب-
اودلانماييب ايندييه قدر…
unuduruq biz nələri
:: şəhram qolkar
hərdən olur bir kitab,
alıb qoyuram evə.
bir il,
iki il otur
kitab, kitab içində,
unudulur hər nəsə-
oxunulmur.
gözə girir gəziş
qızlar,
vərdiş,
hər iş...
kitab ayaq tutur qaçir
gözə dəymir.
elə ki əlim hər yerdən üzülür,
dostların da lağı bəhanə olur.
kitaba öz tuturam,-
oxuyuram.
tərifə gəlməyən hər bir sətirini
oxuduqca utanıram.
deyirəm zamanı etmişəm hədər,
kitab necə dözüb-
odlanmayib indiyə qədər...
بؤلوم : یازار : elman 0 باخیش