HƏYAT, SƏN NƏ ŞİRİNSƏN

۴ فروردين ۱۳۹۰

HƏYAT, SƏN NƏ ŞİRİNSƏN

Səndən doymaq olarmı, həyat sən nə şirinsən!
...Ancaq hamının deyil,
Sən həyatın qədrini
Yalniz bilənlərinsən!...
Özünü bu dunyada heç kəs qonaq sanmamış,
Ancaq ömrün özü də bərabər paylanmamış.
Ömür paylanan zaman görün kimə nə düşdü,
300 il boz qarğaya, on il şahinə düşdü.
Həyat sən nə şirinsən, kim səndən doydu getdi?
Gedənlər bu dunyada qəlbini qoydu getdi.
Dünən bir qoca qarı
Dilində ahu zarı.
"Bu dunyanın əlindən gəlmişəm zara" - dedi.
"ölmürəm ki, bir dəfə canım qurtara" - dedi.
Ürəkdənmi söylədi o bu sözü görəsən?
Xeyir inanmıram mən!
o, yana - yana dedi;
Dili soylədisə də,
Ürəyində o dərhal:
"lənət şeytana" - dedi.
Həyat, sevincin qədər, əzabın da şirindir,
Səni mənalandıran o keşməkeşlərindir.
200 il yaşadı ləzzət içində Loğman,
Yenə möhlət istədi ölərkən Allahından.
Yatırdı göy çəməndə, çatdı ona Əzrail.
Söylədi: - 200 il
ömür sənə bəs deyil?!
Mən canını almağa gəlmişəm nə sözun var?
Loğman dedi: - sözüm yox, aldığımı gəl apar.
Ancaq mənə macal ver bircə anlıq əcəldən,
Gəl canımı burda yox, o çəmənlikdə al sən.
Əzrail razılaşdı...
Ayağa qalxdı loğman
Yeridi
Daş asıldı ancaq ayaqlarından,
Asta - asta yeriyib çatdı dediyi yerə.
Loğman baxdı göylərə, Loğman baxdı yerlərə
Bu son baxışı ilə üstündən 200 il
Yaşadığı cahanla vidalaşdı elə bil...
Özü vidalaşsa da, gözü qaldı cahanda
O düşündü bu anda:
"Nə görmüşəm dünyada bu cahana gələndən?
Ahhh elə bilirəm ki, dünən doğulmuşam mən.
Ömrümü verdim bada,
Nə görmüşəm dünyada."
Loğmanın gözü bu an bir gülə dəydi, durdu.
Ürəyini quş kimi gülə doğru uçurdu.
"Ahh onu kim üzəcək, bircə bunu biləydim , - dedi.
O gülü də iyləyib , sonra öləydim." -- dedi.
Ancaq, ancaq nə fayda ... Yetişmiş artıq əcəl,
Loğman dedi: - Hazıram , al canımı indi gəl.
Əzrail dedi: - Ancaq agah eylə məni sən,
Ölüm üçün nə fərqi bu çəmən, ya o çəmən?
Neçin məni qoymadın orda alım canını?
Loğman dedi: - Həyatın şirin olur hər ani
Ordan bura gəlincə bir az ömür qazandım,
Onu da bu dünyada özümə fayda sandım.
Qoca öldü ...
Dedilər - Yaranan bir gün ölər. Nəvələri çəməndən həmən gülü üzdülər,
Loğmanın qəbri üstə qoydular,
Titrədi gül
Gülün ətriylə doldu bütün çayır, bütün çöl.
O ətriylə saxladı yolçuları yolundan,
Torpağın altındasa bunu duymadı Loğman.

Həyat sən nə şirinsən, kim səndən doydu getdi?
Gedənlər öz qəlbini dünyada qoydu getdi.
Səndən doymaq olarmı, çoxun, azın da şirin.
Həyat, qışın da şirin, həyat, yazın da şirin!
Cürbəcür yazılar var ömrün varaqlarında...
Həyatımın qayğısız, fərəhli çağlarında
Qədrini bilməmişəm.
Hələ nə var ki ... "ömrüm qabaqdadır" demişəm.
Otuzdan adlayınca gündə otuz min kərə
Başımı yelləyirəm hədər keçən illərə.
Səndən doymaq olarmı, həyat sən nə şirinsən
Ancaq hamının deyil,
Sən həyatın qədrini
Yalnız bilənlərinsən!

Bəxtiyar Vahabzadə.



بؤلوم : ماهني یازار : elman 1 باخیش


 

بلاگا گؤره


    سلام
    عزيز گؤروشجو لر بلوقوما خوش گليبسينيز
    بو بلوقدا گؤزل آذربايجانيميزا گؤره يازيلار - شكيللر و.. اولاجاقدير
    هدفيميز ديليميزي قوروماق و آذربايجانا وفالي بير اؤولاد اولماقدير
    يوروملارينيزي گؤزله ييرم


سایغاج